Rusiyanın Əməkdar artisti, balet ustası Anastasiya Voloçkova hərəkəti ilə başını bəlaya salıb.
Bizim.Media xəbər verir ki, 47 yaşlı Anastasiya "La-5" sovet qırıcı təyyarənin qanadına bir ayağını qoyaraq digəri ilə çətin akrobatik hərəkətlərdən sayılan şpaqat açıb.
Voloçkova, müharibənin ən çətin illərində istifadə olunan döyüş təyyarəsi qarşısında çəkilmiş şəklini sosial şəbəkə hesabında paylaşaraq, rəy bölməsinə “Hərəkətsiz bir gün qalmayacaq” yazıb.
Göründüyü kimi, kadr "Mosfilm" muzeyinin yaxınlığında çəkilib. Rəssamın yanında poza verdiyi hərbi təyyarə “İki kapitan”, “Onlar Vətən uğrunda vuruşdular” və “Moskva səması” filmlərinin çəkilişlərində istifadə olunub. Əməkdar artistin bu hərəkəti isə onu həbs olunacağı təhlükəsi ilə üz-üzə qoyub.
Belə ki, "Shot" Telegram kanalının yaydığı məlumata görə, Anastasiya Voloçkovanı hərbi şöhrət simvollarını şpaqat açması səbəbi ilə təhqir etdiyinə görə üç ilə qədər həbs gözləyir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:29 / 04.10.2023
Azərbaycanlı iş adamı ilə sevgili olduğu deyilən rus məşhuru HƏBS GÖZLƏYİR - FOTO
Hazırda oxunan: Azərbaycanlı iş adamı ilə sevgili olduğu deyilən rus məşhuru HƏBS GÖZLƏYİR - FOTO
Hazırda oxunan: Azərbaycanlı iş adamı ilə sevgili olduğu deyilən rus məşhuru HƏBS GÖZLƏYİR - FOTO
158370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.