Aynur Dadaşova: “Kəmalə Rəhimovanın konsertdə mənə irad tutması acığıma gəldi” - VİDEO

Aynur Dadaşova: “Kəmalə Rəhimovanın konsertdə mənə irad tutması acığıma gəldi” - VİDEO

Hazırda oxunan: Aynur Dadaşova: “Kəmalə Rəhimovanın konsertdə mənə irad tutması acığıma gəldi” - VİDEO

157048

Müğənni Aynur Dadaşova gənc yaşlarında Əməkdar artist Kəmalə Rəhimovadan incik düşdüyünü açıqlayıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb isə K.Rəhimovanın A.Dadaşovanın boğazına taxdığı uzun mirvarisinə irad bildirməsi olub.  

Aynur illər əvvəl baş verən hadisəni belə nəql edib: 

“Kiçik yaşlarımda konsertlərin birində çıxışım vardı. Həmin konsertdə Bilal Əliyev, Kəmalə Rəhimli və Zöhrə Abdullayeva oxumalı idi. Həmin konsertə xüsusi hazırlaşmışdım. Qırmızı rəngli həcmli libas geyinmişdim. Anamın uzun mirvarisini də boğazımdan taxmışdım.
Anamla dalaşdım ki, bu mirvarini mən taxmalıyam.  Konsertdə oxuduqdan sonra Kəmalə xanım mənə söylədi ki, “Mirvari taxmaq hələ sənin üçün tezdir”. Onun bu sözləri acığıma gəldi ki, məndə irad tutdu. Üzümü də forsla yana çevirdim ki, gör Kəmalə xanım mənə nə dedi”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO