Şeyma Subaşı misirli milyonçu ərindən BOŞANIR

Şeyma Subaşı misirli milyonçu ərindən BOŞANIR

Hazırda oxunan: Şeyma Subaşı misirli milyonçu ərindən BOŞANIR

156750

May ayında evlənən türkiyəli bloqer Şeyma Subaşı və milyonçu həyat yoldaşı Mohammed Alsaloussi boşanır.

Bizim.Media xəbər verir ki, bir müddətdir İstanbulda olan və nikah üzüyünü çıxaran Subaşının misirli əri tərəfindən zorakılığa məruz qaldığı və boşanma işlərinə yaxın zamanda baxılacağı iddia edilib. 

Məşhur cütlük ayrılıqları ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, Ş.Subaşı M.Alsaloussi ilə ailə qurmamışdan əvvəl aralarında münaqişə yaşandığı üçün münasibətlərinə ara vermiş, daha sonra yenidən barışaraq evlənməyə qərarına gəlmişdilər. 
Şeymanın türkiyəli iş adamı və "TV8"in rəhbəri Acun İlıcalı ilə nikahından Melisa adlı qız övladı var.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO