Cahangir Novruzov: “44 günə 1 gün də əlavə etsək, tam qələbə alınar” - VİDEO

Cahangir Novruzov: “44 günə 1 gün də əlavə etsək, tam qələbə alınar” - VİDEO

Hazırda oxunan: Cahangir Novruzov: “44 günə 1 gün də əlavə etsək, tam qələbə alınar” - VİDEO

156348

“Cənab Prezidentə aid olan səbr, güc, ağıl, mədəniyyət, müdrüklük o gözəllikləri və bu qələbəni gətirdi. Azərbaycan Ordusunun zəfəri, zəfərə olan münasibəti, səbri, gücü və uğuru bizə bu gözəl günləri yaşatdı. Bundan sonra 44 günə (2020-ci ildəki 2-ci Qarabağ savaşı) 1 gün də əlavə etsək, tam gələbə alınar”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Cahangir Novruzov yaşadığı Türkiyənin İzmir şəhərindən “Sabahın xeyr, Azərbaycan!” verilişinin canlı efirinə “Skype” vasitəsi ilə qoşularkən deyib.  

69 yaşlı sənətkar Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olunmalarına belə münasibət bildirib:  

“Azərbaycan ordusu – canım, qardaşlarım. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları isə şad olsun. Onların qanı nə Birinci, nə İkinci Qarabağ müharibəsində, nə də ki, Qarabağda keçirilən antiterror tədbirlərində boşuna axmadı.
Bir gün içində mina partlaması nəticəsində dünyasını dəyişən bizim əziz qardaşlarımıza Allahdan rəhmət diləyirəm, ailələrinə dərindən və qəlbən baş sağlığı verirəm. Ürəyimiz ağrıyır, amma onların qanı, iradəsi və əzmi ilə bu qələbə qazanıldı. Mən azərbaycanlı olmağımla fəxr edirəm.

Bu söz böyük sözdür. Bu sözü bizə yaşadan müzəffər Ali Baş Komandan, cənab və hörmətli prezindentimiz İlham Əliyevə böyük dərin minnətdarlıqla çox sağolumu bildirirəm. Bütün Azərbaycan xalqının gözü aydın olsun. Getdilər... Hər şey getdi. Bitdi! Gör nə günə qaldılar ki, (gülür) Yevlaxa getdilər. Yevlax Brüsseldən güclü olacaq”. 

Bu gün babası Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Cahangir Məşədi Rza oğlu Zeynalovun doğum günü olduğunu söyləyən C.Novruzov ötən əsrin acı xatirələrindən söz açıb. 

Aktyor bildirib ki, babası Bakıda ermənilərin azərbaycanlılara divan tutduğunun şahidi olub: 
 
“Hər iki valideyinimin, babalarımın ölən günündə halva bişirtdirirəm. Amma bu gün atam Cahangir Zeynalovun halvasını böyük sevinclə və bütün o Qarabağ savaşında ölən şəhidlərimizin şərəfinə bişirtdirəcəyəm. Cahangir Zeynalovun da intiqamı alındı. Cahangir Zeynalov sadəcə xəstəlikdən ölməyib.

Belə ki, babam xəstələnib Bakıya gələndə İstanbuldan olan dostu Əlibəy vardı. Dedi ki, gəl sənə bir şeylər göstərim. O Bakıda 17 yaşında divara mıxlanan qızı, qır-qazanında bişirilmiş 7 yaşında uşağı göstərib.
Yuxarı məhəllədə yerləşən bir evin qapısını açanda görüblər ki, babamın anası Əsli xanımı atıblar təndirə, ermənilər orada öldürüblər. Onun intiqamı alındı. Cahangir Zeynalov o xəstəliyə mənəvi çöküşlə təslim oldu. Allah Azərbaycan xalqının gözünü hər zaman aydın etsin”. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO