"Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva deyib.
MÖVZU İLƏ BAĞLI:
Nazpəri Dostəliyevanın oğlu vəfat etdi - FOTO
Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi:
"Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı".
"Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış"..."- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi.
Qeyd edək ki, Xalq artistinin oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib. (News24.az)
Bizim.Media