Brilliant doğum günündə Lalə ilə BARIŞDI – VİDEO 

Brilliant doğum günündə Lalə ilə BARIŞDI – VİDEO 

Hazırda oxunan: Brilliant doğum günündə Lalə ilə BARIŞDI – VİDEO 

155419

Ötən gün doğum gününü qeyd edən Xalq artisti Brilliant Dadaşovanın ad günü məclisinə illərdir ki, küsülü olduğu Əməkdar artist Lalə Məmmədova gəlib. 

Bizim.Media xəbər verir ki, Lalə əlində böyük gül dəstəsi ilə Brilliantın yanına gələrək onu öpüb, çələngi təqdim edib və doğum gününü təbrik edib. 

Məmmədovanın bu addımını səmimi qarşılayan Dadaşova onunla barışaraq, küsülülüyə son qoyub. Daha sonra Lalə məclisdə çıxış edərək bu sözləri dilə gətirib: 

"Brilliant xanım bizim böyük sənətkarımızdır. Biz hamımız ondan öyrənmişik. Bu gün bu məclisə çox rahat şəkildə gəldim. Çünki Brilliant xanımın böyüklük edəcəyinə inanırdım. Mənə gənc yaşlarında bir sual verəndə özüm də bilmədən Brilliant xanımın, sənətkarın xətrinə dəymişdim. İndi bunu dərk edib, anlayıram.

İllər keçir... Zəhmətlə və öz üzərində çalışan insanların mütləqdir ki, əziyyətləri yerdə qalmır və bir yerlərə gəlib çatırlar. Amma sənətin zirvəsi yoxdur. Mənim kimi bir çox sənətçilər var. Biz nə qədər qalxsaq da, Brilliant Dadaşova zirvəsinə çata bilmərik. Heç çatmayacayıq da...

Çünki Brilliant xanım sözünü demiş bir "kraliça"dır və hər zaman zirvədədir. Mən ona təşəkkürümü bildirirəm. Nə yaxşı ki, siz varsınız və Azərbaycanın incisidir, toxunulmazdır". 

Daha sonra Lalə Brilliantın qarşısında repertuarında yer alan "Ürəyimi vermişəm" mahnısını oxuyaraq bir daha onu qucaqlayıb.

Dadaşova isə öz növbəsində Məmədovanın bu çıxışını alqışla qarşılayaraq ona sarılıb. İki sənətçinin barışmasında bəstəkar və müğənni Murad Arifin və onlarla çalışan stilist, vizajist Elnur Həsənovun rolu olduğu üzə çıxıb.  


Rəşad Əliyev, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO