Elariz Məmmədoğlu illər əvvəl yayılan intim görüntülərindən DANIŞDI - VİDEO

Elariz Məmmədoğlu illər əvvəl yayılan intim görüntülərindən DANIŞDI - VİDEO

Hazırda oxunan: Elariz Məmmədoğlu illər əvvəl yayılan intim görüntülərindən DANIŞDI - VİDEO

154817

“Bu sənətə gəldiyimə görə, heç zaman peşman olmamışam.  10 yaşım olanda atam məni musiqi məktəbinə apardı. Musiqi məktəbində 5 il təhsil aldım, savadlandım. Sonra vokal dərsləri aldım, ardınca xor dərnəyində solist oldum. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub, rejissorluq və aktyorluq sənətinə yiyələndim. Bir sözlə, 10 yaşımdan mən səhnə adamıyam. Hər zaman işlərim uğurlu olub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri videozəng vasitəsi ilə “Xoş gəldim” verilişinin canlı efirinə qoşulan illər əvvəl “Green card” udaraq, ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu deyib. 

Okeanın o tayında yaşayan sənətçi gənc yaşlarında internetə yayılan intim videosundan söz açıb. Məmmədoğlu bildirib ki, həmin görüntülərini dost olan düşmənləri yayıb: 

“Paxıl insanlara da hörmət edirəm. Çünki onlar xalqımın övladlarıdır. Neyləmək olar? Bu, onların xasiyyətidir. Paxıllıq bir xəstəlikdir. Çalışsınlar, bu hissi ürəklərindən silsinlər. Badalaq gələnlər də çox olub. Amma Allah hər zaman mənə komək edib.
İllər əvvəl intim videolarımı internetə yayan insanların kimliyi haqda dəqiq bir məlumatım yoxdur. Dost olan düşmənlər, yəni belə də onları adlandırmaq olar. Hər şeyi Allaha tapşırmaq olmaz, çünki onun işi çoxdur”.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO