Əməkdar artist Cavanşir Məmmədov hazırda həbsdə olan keçmiş “kürəkən”i Mustafa İbili ilə bağlı diqqətçəkən açıqlama verib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Tarixin bir günü" ictimai-sosial verilişində yaşadığı qalmaqallı ailə məsələsindən söz açıb.
Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) ünvanladığı "Mustafa sizin borcunuzu qaytarsa, onu bağışlayarsınız?" sualına Məmmədovun cavabı belə olub:
"Məhkəmə Mustafaya 6,6 illik həbs cəzası verdi. Əgər Mustafa İbili 90 min manatımı qaytarsa məhkəməyə təqdim etdiyim ərizəmi götürərəm".
Qeyd edək ki, Mustafa İbili aylar əvvəl "Təsir Dairəsi" verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı. Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Rəşad Əliyev, Bizim.Media