Dünya şöhrətli amerikalı pop-rok qrupu “İmagine Dragons”un konserti üçün Bakıya gələn Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseyn son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, axşam saatlarında rus dostları ilə Dənizkənarı Milli Parkı gəzən sənətçi yolda rəqs edib.
Ətrafda olan insanların diqqətini özünə cəlb etməmək və tanınmamaq üçün Jony başına papaq qoyub.
Pop ulduz paytaxt Bakının gözəlliyini, koloritini və tarixi yerləri nümayiş etdirmək üçün tezliklə burada fotosessiya etmək istədiyini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media