Bredli Kuperlə birlikdə olan İrina Şeyk yarıçılpaq FOTOLARI ilə GÜNDƏMDƏ 

Bredli Kuperlə birlikdə olan İrina Şeyk yarıçılpaq FOTOLARI ilə GÜNDƏMDƏ 

Hazırda oxunan: Bredli Kuperlə birlikdə olan İrina Şeyk yarıçılpaq FOTOLARI ilə GÜNDƏMDƏ 

152610

Dünya şöhrətli rus əsilli model İrina Şeyk sevgilisi Hollivud ulduzu Bredli Kuperlə birgə tətilə çıxıblar. 

Bizim.Media xəbər verir ki, supermodel açıq-saçıq, eyni zamanda Bredlinin əlindən tutduğu fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Qayalara dırmaşıb, orada yarıçılpaq pozlar verən Şeykin şəkillərini elə məhz Kuper çəkib. İrina paylaşımını sirli qısa ifadə ilə imzalayıb: 

“Qayalı yay. Fotolar “LB” tərəfindən çəkilib”. 

Diqqətli izləyiciləri “LB” şifrəsini asanlıqla deşifrə ediblər. “LB” - Kuperin yeni “Maestro” filmindəki personajının baş hərfləridir. Belə ki, aktyor sözügedən ekran əsərində bəstəkar Leonard Bernşteyn rolunu oynayıb.

İrina Şeyk və Bredli Kuperin pərəstişkarları maraqlanır ki, bu post reklam xarakteri daşıyır, yoxsa modellə aktyor arasında hisslər yenidən alovlanıb.

Qeyd edək ki, bu yaxınlarda İrinanın Jizel Bündxenin keçmiş əri, futbolçu Tom Bredi ilə eşq yaşadığına dair şayiələr yol açmışdı. Avqustun ortalarında jurnalistlər Şeyk və Bredinin bir-birindən bir neçə dəqiqə sonra eyni oteldən çıxaraq görməsinə şahidlik etmişdilər. Cütlüyün bundan əvvəl ən azı 48 saat birlikdə olduğu bildirilmişdi. 


















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO