Xalq artisti Aygün Kazımova dəbli görünüşü və tərzi ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, istirahətini Azərbaycanın dilbər güşələrinin birində edən sənətçi qaldığı otelin eyvanında kameraya cazibədar pozlar verib.
Kazımovanın “look”uda özü gədər maraqlı olub. Belə ki, pop diva istirahət üçün rahat “casual” geyim seçib. “Balenciaga” brendinə müraciət edən Aygün üzərinə sözügedən markanın loqotipi ilə bəzədilmiş qara “top”, üst hissəsi yırtılmış açıq mavi “oversize” cins geyinib. Açıq qalan qarın hissəsinə isə qızıldan nazik zəncir taxıb. Həmin görünüşdə çəkilən görüntülərini isə Xalq artisti sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media