Müğənni Günay İbrahimli bir çox həmkarları kimi Türkiyəyə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi istirahət üçün İzmir şəhərinin turistik məkanı sayılan Alaçatıya gedib.
İbrahimli çoxsaylı dekorativ ağaclarla əhatə olunan lüks villalardan ibarət otelə yerləşib. Günay qaldığı villanın yaşıllıqla əhatə olunan ərazisində çəkdiyi bir-birindən rəngarəng fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media