Ajda Pekkanın konsertində bacısı ilk dəfə səhnəyə çıxıb, duet oxudular - FOTO/VİDEO

Ajda Pekkanın konsertində bacısı ilk dəfə səhnəyə çıxıb, duet oxudular - FOTO/VİDEO

Hazırda oxunan: Ajda Pekkanın konsertində bacısı ilk dəfə səhnəyə çıxıb, duet oxudular - FOTO/VİDEO

150224

Türkiyənin superstarı Ajda Pekkan ötən axşam “Harbiye Açıkhava Tiyatrosu”nda canlı solo konsert proqramı ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, bir-birindən zövqlü, al-əlvan və dəbdəbəli libaslarda səhnəyə çıxan 77 yaşlı sənətçi hit mahnıları ilə tamaşaçılara coşqu dolu anlar yaşadıb. 

Ajdanı seyr etməyə gələnlər sırasında isə məşhurluqda özündən geri qalmayan bacısı Semiramis Pekkan da olub.  

Ön sıralarda əyləşən Semiramis Ajdanın mahnılarını əzbərdən onunla birlikdə oxuyub. Anşlaqla keçən konsertin sonlarına yaxın Ajda bacısını səhnəyə dəvət edib.

Səmimi şəkildə görüşən bacılar daha sonra birlikdə duet də ifa ediblər. Pekkan bacılarının bu çıxışı isə tamaşaçılar tərəfindən gür alqışlarla qarşılanıb.  

Ajda Pekkanın konsertində yaşanan coşqu dolu anları təqdim edirik: 
 






Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO