Tina Törner pərəstişkarları ilə vidalaşdı

Tina Törner pərəstişkarları ilə vidalaşdı

Hazırda oxunan: Tina Törner pərəstişkarları ilə vidalaşdı

14966

Dünyaca məşhur müğənni Tina Törner şəxsi həyatı haqqında lentə alınan "Tina" adlı sənədli filmdə pərəstişkarları ilə vidalaşıb.

Bizim.Media xəbər verir ki, ekran işində 8 “Qremmi” mükafatının sahibi olan 81 yaşlı sənətçi həyatının üçüncü və sonuncu dövrünü hər kəsin diqqətindən kənarda yaşamaq istədiyini deyib.

Bundan əlavə, müğənni insult və xərçəng də daxil olmaqla səhhətində bir sıra problemlərin olduğunu vurğulayıb.

Tina Törner filmdə ilk həyat yoldaşı Ayk Törnerlə nikahı dövründə məruz qaldığı məişət zorakılığı səbəbindən stressdən də əziyyət çəkdiyini bildirib.

Qeyd edək ki, sənədli film martın 28-də HBO Max kanalında nümayiş olunacaq.(axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO