Elşən Xəzərdən həbs olunmasına REAKSİYA:

Elşən Xəzərdən həbs olunmasına REAKSİYA: "Bunu düşmənçilik üçün edirlər" - VİDEO

Hazırda oxunan: Elşən Xəzərdən həbs olunmasına REAKSİYA: "Bunu düşmənçilik üçün edirlər" - VİDEO

149623

Xəbər verdiyimiz kimi tanınmış meyxanaçı Elşən Xəzərin həbsi ilə bağlı xəbərlər yayılıb. 

Bizim.Media xəbər verir ki, söz xiridarı sosial şəbəkə hesabında canlı yayım açaraq, həbs olunmasını yalanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Elşən Xəzər həbs edilib? - Özü danışdı - YENİLƏNİB 


E.Xəzər bildirib ki, onun haqqında bu cür xəbərləri düşmənləri yayır:

"Hamı zəng edib soruşur ki, “Hacı, sizin həbs olunmağınızla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb”. Mən evdə idim. Yorğun idim, dincəlirdim. İndi yuxudan oyanmışam görürəm ki, saytlar haqqımda xəbərlər yazıblar.

Telefonlarıma o qədər zəng gəlib ki, düşünürəm ki, axı nə olub? Yəqin kiminsə şəxsi planları, ideyaları, fikirləri var. Sözüm xəbər saytlarınadır. Bu məsələnin kökünü tapmaq lazımdır ki, kim bu şaiəni haqqımda yayıb. Gərək ciddi yanaşasınız, çünki bu, xəbərdir. Adi bir söz deyil.

Narahatçılığa səbəb yoxdur. Nə var axı, nəsə olsun... Heç bir şey yoxdur. Haqqımda dərc olunan və yayılan xəbərlər yalandır. Bir məlumatı dəqiqləşdirməmiş onu necə paylaşa bilirsiniz? Düşmənçilik var ortada. Bunu düşmənçilik üçün edirlər. Heç kimi məhkəməyə verən deyiləm. Bu, mənə yaraşan şeylər deyil. Hər şey öz qaydasındadır.
Mən öz canımla əlləşirəm. Məhərrəmlik ayıdır, yazı-pozu işləri ilə məşğul oluram. Az qrup insanlardır ki, mənimlə düşmənçilik aparırlar. Onların kimliyini də təxmini bilirəm. Onlara heç baş qoşmaq belə istəmirəm. Onların hamısını Allaha əmanət edirəm.  

Gün gələcək hər kəs elədiyinin cəzasını və mükafatını görəcək. Aralarında elə insanlar var ki, haqqımda bu cür xəbərlər çıxmağına sevinirlər. Əgər bu həqiqətəndə sevindirici bir şeylərdirsə, Allah onlara bu sevinci çox yaşatmasın.

Axirətdə əllərimiz onların yaxalarında olacaq, Allahın məhkəməsində. Amma mən o insanları bağışlayıram. Yazıqdırlar... Bu şeylərə əl atmayın, ayıbdır!".  

Qeyd edək ki, sosial şəbəkədə Elşən Xəzərin İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilib.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO