Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova bağ evi alıb.
Bizim.Media xəbər verir ki, sənətçi bağ evinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Hər yay mövsümündə övladları ilə birlikdə xarici ölkəyə tətilə gedən Renka bu dəfə istirahətini bağ evində keçirdiyini bildirib. Ağamuradova vurğulayıb ki, o, əlində olan bütün pulu bağ evinə xərcləyib. Buna görə də istirahətə getməyə pulu qalmayıb.
Qeyd edək ki, Renkanın bir oğlan və bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media