Natavan Həbibi: “Qazancım müğənnilikdən deyil, şəxsi biznesimdəndir” – VİDEO 

Natavan Həbibi: “Qazancım müğənnilikdən deyil, şəxsi biznesimdəndir” – VİDEO 

Hazırda oxunan: Natavan Həbibi: “Qazancım müğənnilikdən deyil, şəxsi biznesimdəndir” – VİDEO 

148003

“Nəvai Bəkirovla görüşəndə mənə dedi ki, “Sizin mahnılarınızla böyümüşəm”. Cavab verdim ki, “Bəyəm, mən belə qocayam?” Demək mənim mahnılarımla bir nəsil böyüyüb. “Natavan gənc müğənnidir” deyə-deyə 22 ildir ki, sənətdəyəm və həyatımın yarısına kimi çalışmışam. Mahnılarımla böyüyən və məndən sonra mahnılarımı dinləyən bir nəsil də var. Bu, məni xoşbəxt edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu “Gül kimi şou” verilişində deyib. 

Gördüyü bütün işlərdən qonorar aldığını söyləyən sənətçi bildirib ki, özünü aktrisa kimi də sınamaq istəyir: 

“Mən qonorarsız iş görmürəm. Bütün işlərimdən qonorar alıram. Amma dəstəyim, yəni sponsor və təşkilat baxımından o qonorardan çox olur. Aktrisa kimi də istəyərəm ki, fəaliyyət göstərim. Bununla bağlı təkliflər var. Xoşuma gəlsə, bəlkə təklifi qəbul edərəm”. 

Həbibi sənətdən deyil, şəxsi biznesindən pul qazandığını açıqlayıb: 

“Mənim qazancım bu sahədən deyil. Uzun illərdir ki, şəxsi biznesim var. Sənətlə bağlı işi yalnız təbim gələndə, istəyəndə görürəm. Toylara da çox zaman getmirəm. Yalnız istədiyim və tanıdığım insanların toylarına gedirəm və orada çıxış edirəm. Mənim də özüməməxsus “rayder”im var. Restoranlarda konsert proqramları ilə çıxış edirəm, amma orada olan şou proqramlara getmirəm. Mən evdən küçəyə çıxmaq istəmirəm. Yalnız vacib işim olanda çıxıram”. 

Toylara nadir hallarda getdiyini bildirən Natavan heç bir həmkarının çörəyinə bayis olmadığını vurğulayıb: 

“Efirlərə çox çıxmağı sevmirəm. Kənara çəkilməmək də olmur. Bütün verilişlərə də getmək olmur. Mən hansı müğənniyə maneə oluram ki? Hərdən hansısa məkanda 30-40 dəqiqəlik konsert proqramı ilə çıxış edirəm sonra da gedirəm evə. Heç kimlə işim yoxdur və heç kimə dəymirəm, heç kimə maneə olmuram. Artıq görsənmirəm. Heç bu sahədə olmuram. Nə verilişlərə çıxıram. Toylara gedib çörəyinizi əlinizdən almıram. Amma elə bil, yenə də nəsə düz etmirəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO