Dünya şöhrətli pop ulduz Cennifer Lopezin səhər saatlarında idmana getməsi “burnundan gəlib”.
Bizim.Media xəbər verir ki, parlaq “crope-top” və sarı rəngdə ilan dərili lasində idman zalına gələn sənətçi qapıda qalıb.
Həmin an isə paparazzilər Lopezi bir dəqiqə belə olsa diqqətdən kənar qoymayıblar.
Onlar Cenniferi idman zalına daxil olana kimi şəkillərini və görüntülərini lentə alıblar. Saatlar sonra idman zalından çıxıb avtomobilinə oturan müğənninin jurnalistlərdən biri hal-əhvalını soruşub.
Lopez isə əsəbi halda onları təhqir edib və avtomobilin qapısını bərk örtüb. Həmin anlar isə sosial şəbəkəyə yayıldıqdan sonra müzakirələrə səbəb olub.
Rəşad Əliyev, Bizim.Media