Nikol Şerzingerdən Emin Ağalarova MESAJ – VİDEO

Nikol Şerzingerdən Emin Ağalarova MESAJ – VİDEO

Hazırda oxunan: Nikol Şerzingerdən Emin Ağalarova MESAJ – VİDEO

147209

Xalq artisti Emin Ağalarov dünya pop səhnəsinin parlaq ulduzu Nikol Şerzingerlə bir araya gələcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat verib.

Ağalarov sabah Bakıya gələcək Britaniyanın əfsanəvi ulduzu Engelbert Humperdink və Nikolun birgə görüntülərini izləyiciləri ilə bölüşərək gələn il işıq üzü görəcək albomunda hər iki sənətçinin yer aldığını yazıb:

"Nə sürpriz! Gələn il mənim beynəlxalq albomumda görünəcək iki möhtəşəm ulduzdan gözəl mesaj - Nikol Şerzinger və əziz dostum Engelbert Humperdink".

Nikol kadrlarda E.Ağalarova mesaj göndərərək onun üçün darıxdığını və tezliklə görüşəcəklərini dilə gətirib.

Qeyd edək ki, Engelbert sabah Bakıya gələcək. Ulduz Eminlə eyni səhnəni bölüşəcək. Bundan savayı, əfsanəvi müğənni “Ulduzlar xiyabanı”nın açılış mərasimində yer alacaq.  
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO