Lalə:

Lalə: "Cavanşir efirdə deyir ki, haqlı olmasan da məhkəmədə qalib gələ bilərsən" - VİDEO

Hazırda oxunan: Lalə: "Cavanşir efirdə deyir ki, haqlı olmasan da məhkəmədə qalib gələ bilərsən" - VİDEO

146107

Xəbər verdiyimiz kimi, "Təsir dairəsi" ictimai-sosial verilişində Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal səngimək bilmir. 

Bizim.Media xəbər verir ki, sözügedən proqramın bugünkü buraxılışının canlı efirinə hər iki tərəf çıxmayıb.

Verilişin aparıcısı Lalə Azərtaş bildirib ki, bunun səbəbi Cavanşir Məmmədovun tələbi ilə məhkəmənin qərarı qəbul edənə kimi Mustafanın efirlərə çıxmayacağı olub:

"Bu gün məhkəmədə iclas keçirilib. Və orada bu proqramda ekspert qismində çıxış edən vəkilimiz Nurlana Quliyeva iştirak edib. Bu gözlənilən iclas idi. Nurlana xanım Mustafanın vəkili kimi iclasda iştirak edib. İstintaq getdiyindən o, bizə məlumat verə bilmədi. Sadəcə bir kəlmə söylədi ki, intizam imzalanıb. Cavanşir Məmmədovun tələbi ilə məhkəmənin qərarı qəbul edənə qədər Mustafa efirlərə çıxmayacaq. Vəkil dərhal söylədi ki, Mustafa tək deyil, o zamanda Cavanşir Məmmədovda efirlərə çıxmasın. Haqlı bir istək idi. Məhkəmədə bu məsələ də dəyərləndirilir. Onlarda imza atırlar. Cavanşir Məmmədov da efirlərə çıxmayacaq. Bu gün bu qərar qəbul olundu".

Daha sonra aparıcı Cavanşir Məmmədovun məhkəmə ilə bağlı efirdə səsləndirdiyi proqnozların düz çıxmasına təəccübləndiyini vurğulayıb:

"Məni maraqlandıran isə başqa məsələdir. Belə ki, ötən gün Cavanşir Məmmədov reklam fasiləsində mənə yaxınlaşıb dedi ki, bu gün bu məsələni yekunlaşdır. Cavab verirəm ki, yox. Mustafa məhkəmədən gəlsin və görək məhkəmənin birinci mərhələsi necə oldu. Təbii ki, biz də bilirik ki, hansı məqamları bizim bilməyimiz olar. Biz bunu bitirək, sonra sizə qərarla gələrsiniz verilişə. Cavanşir müəllim sonra deyir ki, tamam sizə deyən kimi olsun, onsuz da sabah intizama imza atılacaq və Mustafa efirinizə gəlməyəcək. Maraqlı məqamda məhz budur. Burada ilişib qalmışam və bunu anlaya bilmirəm ki, hakim intizama imza atdırmağı əvvəlcə Cavanşir müəllimlə məsələhətləşir? Yoxsa Cavanşir müəllimin çox güclü yeddinci hissiyatı var? Haradan bir insan bilər ki, sabah məhkəmədə nə baş verəcək? Bunamı görə Cavanşir Məmmədov studiyada oturub onsuz da görəcəksiniz bu məsələdə mən qalibəm, buradan qaçış yoxdur, deyir...  Sadəcə çox maraqlıdır ki, mənim bu qədər çox inandığım qanunun şah olduğunu hər gün bar-bar bağırdığım bir yerdə necə ola bilir ki, Əməkdar artist siz sabah nə baş verəcəyini yekun olaraq mənə deyə bilir? Bu axı necə baş verir? Bu sualın cavabını tapmağa çalışacağam. Belə çıxır ki, əgər Cavanşir müəllim intizama imza atılacağını əminliklə deyir və bu məsələ olursa, deməli adam məhkəmədə də qalib gələ biləcək".

Verilişin gedişatında aparıcı Əməkdar artistin daha bir çıxışını tamaşaçılara aşılamağa çalışıb. Lalə bildirib ki, müğənni qonşu kanalların birinin efirində "Sən məhkəmədə haqlı olmasanda qalib gələ bilərsən" kəlməsini dilə gətirib:
"Cavanşir Məmmədov qonşu kanalların birinin efirində deyib ki, sən məhkəməni haqlı olmasanda uda bilərsən. Mənə onun həmin bu çıxışını göndərmişdilər.  Mən isə qanunun ailiyini yenidən görmək istəyirəm və həqiqətən də nəticə ən doğru formada verilsin. Amma yenə də deyirəm Cavanşir müəllimin pulu əlində çıxıb və o pul ona geri qaytarılmalıdır".

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o, iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa isə efirə gələrək yardım istəyib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO