Əfsanəvi Engelbert Humperdink Eminlə birlikdə Bakıda “Ulduzlar Xiyabanı”nın açılışını edəcək – FOTO 

Əfsanəvi Engelbert Humperdink Eminlə birlikdə Bakıda “Ulduzlar Xiyabanı”nın açılışını edəcək – FOTO 

Hazırda oxunan: Əfsanəvi Engelbert Humperdink Eminlə birlikdə Bakıda “Ulduzlar Xiyabanı”nın açılışını edəcək – FOTO 

146084

İyulun 21-də dünya şöhrətli musiqiçi və estrada müğənnisi Engelbert Humperdink “Sea Breeze” ailəvi-istirahət mərkəzində “Ulduzlar xiyabanı”nı açmaq üçün 11 ildən sonra paytaxt Bakıya gələcək. 

Bizim.Media xəbər verir ki, əfsanəvi ulduz Xalq artisti Emin Ağalarovun canlı solo konsertində iştirak edəcək. 

“Sea Breeze Walk of Famе” (Sea Breeze Şöhrət Xiyabanı) Azərbaycanda və bütün dünyada görkəmli və məşhur müğənnilərə, musiqiçilərə, aktyorlara və rəssamlara həsr olunmuş ilk abidə olacaq. Burada ulduzlara fərdi avtoqraflar təqdim edəcək.
İlk məşhur isə əfsanəvi Engelbert Humperdink olacaq. Mərasim 21 iyul saat 18:30-da baş tutacaq və hər kəs tamamilə pulsuz olaraq möhtəşəm açılışın iştirakçısı ola bilər. 50 ildən artıq karyerası ərzində Engelbert Humperdink unikal vokal qabiliyyəti ilə ən məşhur ifaçılardan birinə çevrilib və bütün dünyada milyonlarla pərəstişkarının qəlbini fəth edib.

O, 64 qızıl və 35 platin albom da daxil olmaqla, 140 milyondan çox səs yazılarını satıb və dörd dəfə “Grammy” və “Qızıl Qlobus” mükafatına namizəd olub. Engelbert “The Beatles” və “The Rolling Stones” qrupları ilə eyni vaxtda musiqi səhnəsinə çıxıb.

O, Elvis Preslinin yaxın dostlarından biri olub. Bu səbəbdən iki əfsanə tez-tez bir-birinin mahnılarını oxuyub. İyulun 22-də böyük solo konsert çərçivəsində Emin və Engelbert Humperdink Xalq artistinin yeni ingilisdilli albomundan mahnılar ifa edəcək. 

Qeyd edək ki, Britaniyalı müğənni sonuncu dəfə 2012-ci ildə Bakıda olub və Böyük Britaniyanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO