Son günlər müğənni Niyam Salaminin idarə etdiyi, Novxanıda yerləşən restoranın müştərilərindən alınan yüksək məbləğdə hesabların fotosu sosial şəbəkələrdə yayılaraq müzakirələrə və tənqidlərə səbəb olub.
Bizim.Media xəbər verir ki, sözügedən restoranın müştəriyə təqdim edilən daha bir hesabla bağlı foto yayılıb.
Bu dəfə isə məkanın müştərisi 107 manat 50 qəpik xidməthaqqı tutulmasından şikayət edib. Belə ki, müştərinin sifariş etdiyi yeməyin dəyəri 430 manat edib. Həmin məbləğin üstünə isə 107,5 manat dəyərində xidməthaqqı əlavə olunub. Qəbzdə sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulması əks olunub.
Müştəri restorandan ona verilən hesabın qəbzini sosial şəbəkədə paylaşaraq, şikayətlənib.
Qeyd edək ki, daha əvvəl də Niyam Salaminin işlətdiyi restoranın yüksək məbləğdə xidməthaqqı tutulması ilə bağlı müştəriyə verilən hesab qəbzinin fotosu sosial şəbəkədə yayılmışdı. Məkanın administratoru isə bu xidməthaqqına şou-proqramın da daxil edildiyini açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:28 / 12.07.2023
Niyamın restoranından şikayət etdilər: “107,5 manat xidməthaqqı olar?” - FOTO
Hazırda oxunan: Niyamın restoranından şikayət etdilər: “107,5 manat xidməthaqqı olar?” - FOTO
Hazırda oxunan: Niyamın restoranından şikayət etdilər: “107,5 manat xidməthaqqı olar?” - FOTO
145805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.