Bakıda \

Bakıda \"HammAli & Navai\" COŞQUSU - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda \"HammAli & Navai\" COŞQUSU - FOTO/VİDEO

145285

"HammAli & Navai" ləqəbləri ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənnilər Aleksandr Əliyev və Navai Bəkirovun "Sea Breeze" ailəvi-istirahət mərkəzində keçirilən canlı konsertləri baş tutub.  

Bizim.Media xəbər verir ki, tamaşaçıların gur alqışı ilə məşhur duet ortaqları səhnəyə çıxaraq repertuarlarında hitə çevrilən "А если это любовь?" (Əgər bu məhəbbətdirsə) nəğməsini səsləndiriblər.  

İlk mahnılarını ifa etdikdən sonra hər iki ifaçı tamaşaçılarla salamalaşaraq, iki saat ərzində onlara musiqi ziyafəti verəcəklərini dilə gətiriblər. Aleksandr bildirib ki, həm onun həm də Nəvainin anası onları dinləmək üçün konsertə gəliblər.
"Mənim anam və atam, eləcə də Nəvainin anası hazırda buradadırlar. Onların hər biri bizi bu gecə dəstəkləmək üçün buraya gəlib. Sizi səhnədən salamlayıram. Analarımız nə qədər güclü olsalar da onlar kiçik qızlardırlar.

Bu qızlar isə bizdən böyük kişilər ediblər. Biz onlara buna görə təşəkkür edirik. Valideynlərin dəyərini dərk edən hər bir insan son nəfəsinə qədər valideynlərinə təşəkkür edir".  

Daha sonra Aleksandr və Navai "Ana" adlı mahnılarını səsləndiriblər.  

Konsertin gedişatında Aleksandr səhnəyə Xalq artisti Emin Ağalarovu dəvət edib. Emin duet ortaqları haqqında bunları söyləyib:

"Aleksandr ilə Nəvainin təqdimata ehtiyacları yoxdur. Onlar qan və canla əsl azərbaycalıdırlar".

Daha sonra "HammAli & Navai" və Emin yenicə lentə aldıqlarını duetlərini ifa ediblər.  

Gecə boyunca Nəvai səhnədə ana dilində zarafatyana duzlu-məzəli sözləri ilə tamaşaçıların üzünü güldürüb. Konsertdə Nəvainin repertuarında ana dilində yer alan "De mənə gülüm" mahnısını oxuması isə tamaşaçılar tərəfindən böyük rəğbət və alqışla qarşılanıb.  

Anşlaqla keçən musiqi və səmimiyyət dolu gecədə yaşanan anları təqdim edirik: 
 















Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO