Xəbər verdiyimiz kimi, ötən gecə saat 00:01 radələrində Azərbaycanda 5,7 bal gücündə zəlzələ olub. Paytaxt Bakıda hiss edilən zəlzələ ilə bağlı aparıcı və rejissor Ranar Musayev paylaşım edib.
Bizim.Media xəbər verir ki, yüksəkmərtəbəli binada yaşayan televiziya ulduzu zəlzələ zamanı evində əsən çılçıraqların görüntüsünü çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
R.Musayev paylaşımına “Zəlzələ. Ən azı 5 bal vardı. Dostum zəng edib dedi ki, yarım saatlıq həyətə düş, orada gözlə.
Təkrar zəlzələnin olmağı ehtimalı var. Amma mən evdəyəm, evim dağılandan sonra həyəti neynirəm? Siz də baxın vəziyyətə, necə istəyirsiz” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media