Teymur Rəcəbovdan ilk evliliyindən olan qızı ilə bağlı PAYLAŞIM - FOTO  

Teymur Rəcəbovdan ilk evliliyindən olan qızı ilə bağlı PAYLAŞIM - FOTO  

Hazırda oxunan: Teymur Rəcəbovdan ilk evliliyindən olan qızı ilə bağlı PAYLAŞIM - FOTO  

144345

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ilk evliliyindən olan qızı Məryəmlə bağlı diqqət çəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, şahmat ulduzu övladının 10 yaşı olması münasibəti ilə onun fotolarını sosial şəbəkə hesabında yayımlayaraq təbrik edib. 

Rəcəbov paylaşımına “Ad günün mübarək, Məryəm. 10 yaş, inanmaq çətindir, vaxt çox sürətlə keçir” şərhini yazıb. 
Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub.

T.Rəcəbov Elnarə Nəsirli ilə evlənsə də, bir müddət sonra onlar boşanmışdı. 2022-ci ildə isə qrossmeyster Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə ailə qurub. Ötən ilin avqustun 30-da isə cütlüyün Nika adlı qız övladları dünyaya gəlib. 










Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO