Səmra Rəhimli: “Övladlarınızın beyninə “ərə get, uşaq dünyaya gətir” fikirlərini yeritməyin” – FOTO 

Səmra Rəhimli: “Övladlarınızın beyninə “ərə get, uşaq dünyaya gətir” fikirlərini yeritməyin” – FOTO 

Hazırda oxunan: Səmra Rəhimli: “Övladlarınızın beyninə “ərə get, uşaq dünyaya gətir” fikirlərini yeritməyin” – FOTO 

142895

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ailə münaqişə və qısqanclıq zəminində Fərid Hüseynli adlı şəxsin 20 yaşlı həyat yoldaşı Leylanı və 8 aylıq körpəsini qətlə yetirməsi hadisəsi ölkə gündəmini zəbt edib. 

Bizim.Media xəbər verir ki, dəhşətli olayla bağlı müğənni Səmra Rəhimli sosial şəbəkə hesabında post paylaşaraq qadın zorakılığını sərt şəkildə qınayıb. 

“Hər gün minlərlə qadın şiddətə məruz qalır. Bir çoxları qətlə yetirilir. Övladlarınızın beyninə “ərə get, uşaq dünyaya gətir” cümləsini yeritməkdənsə, bir az da öz ayaqları üstündə dayana bilməyi, əks cinsin hər cür rəftarına göz yumulmamağı öyrədin. İlk şiddət siqnalında həyatlarını xilas edə bilsinlər. Ərə getdin, sındır ayağını otur ərinlə, döz, göz yum hər murdarlıqlarına, əl qaldırır və döyürsə, deməli, sevir kimi gic-gic fikirləri az soxun qızların beyninə. Çox təəssüf edirəm, bir gənc qızın və körpənin həyatının bu cür faciə ilə bitməyinə. Allah rəhmət eləsin! Əziz valideynlər, qızlarınız nə qədər çox sevsə də, gənc yaşda ailə qurmaq istəsə də icazə verməyin”. 

Qeyd edək ki, dəhşətli hadisə Hökməli qəsəbəsində baş verib. İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşı, 2003-cü il təvəllüdlü Leyla Hüseynliyə bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib.

Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib. Xəstəxanadan verilən məlumata görə, Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal edilir. Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO