Mina Hüseyn hər kəsi ALDATDI: “O bəy sevgilim deyil” – VİDEO 

Mina Hüseyn hər kəsi ALDATDI: “O bəy sevgilim deyil” – VİDEO 

Hazırda oxunan: Mina Hüseyn hər kəsi ALDATDI: “O bəy sevgilim deyil” – VİDEO 

142885

“Bir müddət əvvəl sosial şəbəkə hesabımda üzünü gizlətdiyim bir bəylə İstanbulda çəkdirib paylaşdığım foto mənim üçün piar idi. Bəyin üzünü gizlətdim, bu isə insanlara maraqlı gəldi. Yazdılar ki, görəsən, bu bəy kimdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Bir müddət əvvəl üzünü gizlətdiyi bir bəylə foto çəkdirib sosial şəbəkə hesabında paylaşan sənətçi həmin şəxslə eşq yaşadığını bildirmişdi. Lakin Mina həmin bəylə sevgili olmadığını vurğulayaraq bu addımı piar üçün atdığını açıqlayıb: 

“Bu bəyə görə bir bilsəniz, mənə nə qədər insan zəng vurub. Deyirdilər ki, bu bəy filankəsin sevgilisinə, ərinə oxşayır. Yox, qətiyyən. Mən elə işlərlə məşğul deyiləm. O bəy xalis subaydır. Hətta dedilər ki, həmin şəkli göndər ona baxaq. O oğlan da subaydır, mən də subayam. Hər şey yaxşıdır və heç kim heç kimin sevgilisi deyil. Ailə həyatı qurmuram və buna hazır da deyiləm. Təmtəraqlı toy etmək çox istəyərəm. Toyumun ya gəmidə ya da ki yaxtada olmasını istəyirəm. Nəyin ki, hansısa restoranda çox sayda 1000-1200 nəfər qonaqlarla”. 

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla ötən ilin mart ayında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlamışdı.

Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO