Röya: “Yeyib-içən, dəbli, dedi-qodusuz gəlin istəyirəm” – VİDEO 

Röya: “Yeyib-içən, dəbli, dedi-qodusuz gəlin istəyirəm” – VİDEO 

Hazırda oxunan: Röya: “Yeyib-içən, dəbli, dedi-qodusuz gəlin istəyirəm” – VİDEO 

142878

“Oğlum Hüseynə hamilə olanda hamiləliyimi çox pis keçirtdim. İnsanları görmək və yanımda işçi görmək istəmirdim. Evdə adımı Firəngiz qoymuşdular. Çünki bütün gün evi yığışdırıb, yemək hazırlayırdım. “Leço” və “badımcan kürüsündən ikra” hazırlayırdım. Hüseyn dünyaya gələndən sonra bütün bunlar bitdi. Övladım doğulandan sonra dünyanın ən gözəl yeməyini bişirmişəm. Bundan sonra neynirəm yemək bişirməyi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda deyib. 

Sənətçi gəlinin xüsusiyyətlərindən söz açıb. Röya oğlu Hüseynin dəbli xanımla ailə qurmasını istəyir: 

“Özümə “modnu” (dəbli – red.), yeyib-içən, oğlumla gəzən, ağıllı, təhsil almış, müasir gəlin istəyirəm. Dedi-qodusuz, qalmaqalsız bir gəlin istəyirəm. İldə bir dəfə zəng edib doğum günümü təbrik etsin. O da təbriki qısa olaraq “salam-sağol” kimi etsin. İstəyirəm ki, gəlinimin daxili də, görünüşü də dəbdəbəli olsun”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO