İlkin Əhmədov: “Paxıllığımı qadın həmkarım çəkir” - VİDEO  

İlkin Əhmədov: “Paxıllığımı qadın həmkarım çəkir” - VİDEO  

Hazırda oxunan: İlkin Əhmədov: “Paxıllığımı qadın həmkarım çəkir” - VİDEO  

142867

“Paxıllıq hissini yaşaya bilmirəm. Yaxşı mənada qibtə edib deyirəm ki, nə gözəl iş görüb. Baxıb deyirəm ki, məndə də bu potensial varsa, mən niyə belə bir iş etməyim ki... Çalışırsan, öz üzərində işləyirsən. Bir də var ki, paxıllıq hissi. Necə edim ki, bu, geri qayıtsın. Biraz önə gedənin paxıllığını çəkən var. Bəla orasındadır ki, bir bəyin xanım paxıllığını çəkir. Mən bunun şahidi oldum. O qadın həmkarımdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.

Sənətçi ona paxıllıq edib badalaq vuran qadın həmkarını efirdə ifşa edib, xəbərdarlıq mesajı yollayıb: 

“Nə yaxşı ki, həmin qadın həmkarım paxıllığımı çəkməsini biruzə verdi. Mən ona o qədər hörmət və izzətlə yanaşırdım. Bu paxıllıq isə mənə verilən Əməkdar artist fəxri adı ilə bağlı deyil. Belə qənaətə gəldim ki, onun mənə qarşı illərdir ki, qəlbində paxıllıq hiss var və bu, artıq özünü biruzə verdi. Buna çox güldüm.
Sözümü də dedim, cavabını da necə lazımdır dedim. Efir vasitəsi ilə bəzilərinə ismarışımı göndərirəm deyirəm ki, başınızı salın aşağı, hansı çərçivədə sənətiniz varsa, onunla məşğul olun. Sənəti ilə irəli gedib, məşğul olan və çalışanlara başqa oyun və qalmaqalla yaxınlaşıb özünüzü reklam etməyin. Ağıllı olun! Xalq və tamaşaçı sənət istəyir. Yaxşını da, pisini də gözəl ayırd edə bilirlər. Məndən heç kim özünə qarşı hörmətsizlik görə bilməz. Başımı aşağı salıb, sənətimlə məşğulam”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO