“Göz, nəzər var. Bu mövcuddur və mən bundan çox qorxuram. Özümə görə yox, amma körpə qızım Aylaya göz dəyə bilər. Övladımın bir yaşı olsun, üzünü göstərib onu sevənlərimlə tanış edəcəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “MTV xəbər” verilişinə müsahibəsində deyib.
18 il peşəkar səhnədə olduğunu bildirən sənətçi əminliklə şou-biznesdə öz yerinin olduğunu vurğulayıb:
“Düşünürəm ki, şou-biznesdə öz yerim və dəsti-xəttim var. 18 ildir ki, peşəkar səhnədəyəm və bu sözləri əminliklə də deyə bilərəm. Bu 18 il ərzində gördüyüm işlər də az olmayıb. Bu illər ərzində böyük solo konsertlər vermişəm, gözəl kliplər çəkdirmişəm və hit mahnılar oxumuşam. Ona görə də bu qədər əminliklə danışıram. Təvazökarlıqdan uzaq olsun, amma fakt faktdır”.
Sevda işləri ilə bağlı ailəsindən məsləhətlər alsa da, amma sonda qərarı özünün verdiyini söyləyib:
“Məni evdə həyat yoldaşım işləməyə məcbur edir. O, məni və sənətimi hər zaman dəstəkləyir. Ondan mənəvi dəstək alıram. Evdə ailəmlə hər bir işimi məsləhətləşirəm. Sonda isə öz işimlə əlaqədar qərarı özüm verirəm”.
Sosial şəbəkələrdə izləyicilər tərəfindən yazılan tənqidlərə isə S.Yahyayeva əhəmiyyət vermədiyini deyib:
“Mənfi rəylərə fikir vermirəm. Təhqiri amma qəbul etmirəm. Tənqid ola bilər. Hamı məni bəyənmək məcburiyyətində deyil. Nə də ki mən”.
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir. Cütlüyün Ayla adında bir qız övladı var.
- A-
- A
- A+
Şoutaym
16:27 / 22.06.2023
Sevda Yahyayeva: “Məni bəyənmək məcburiyyətində deyillər” – VİDEO
Hazırda oxunan: Sevda Yahyayeva: “Məni bəyənmək məcburiyyətində deyillər” – VİDEO
Hazırda oxunan: Sevda Yahyayeva: “Məni bəyənmək məcburiyyətində deyillər” – VİDEO
142779
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.