"Son zamanlar səhhətimdə problem yaranmışdı, nasaz idim. Çox arıqlamışam. Amma heç bir estetik və plastik əməliyyat keçirməmişəm. Ağrıyırdım, həkimə getdim. Onlar isə kor bağırsağımda problemin olduğunu söylədilər. Dedilər ki, getdikcə daha böyük problem olacaq, vaxt elə gəl, onu əməliyyat yolu ilə kəsib, ataq".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Evdəkilərə salam" verilişində deyib.
Sənətçi bildirib ki, konsertdə çıxışı zamanı qəfil vəziyyəti ağırlaşıb və təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb:
"Başıma bu hadisələr gəlməzdən əvvəl Xəzər TV-nin Dənizkənarı Milli Parkdakı konsertinə getdim. Çıxışımı bitirən kimi dərhal təcili tibbi yardım vasitəsi ilə məni xəstəxanaya çatdırdılar. 22 gün orada qaldım. 19 gün heç nə yemədim. Günlərlə ac qaldım və beləcə arıqladım. Keçmiş olsun. Həyatda hamıya can sağlığı arzulayıram. Qalan hər şeyi isə insan özü qazana bilər".
- A-
- A
- A+
Şoutaym
23:32 / 18.06.2023
Roza: "Xəstəxanada 19 gün yemək yemədim, arıqladım" - VİDEO
Hazırda oxunan: Roza: "Xəstəxanada 19 gün yemək yemədim, arıqladım" - VİDEO
Hazırda oxunan: Roza: "Xəstəxanada 19 gün yemək yemədim, arıqladım" - VİDEO
142102
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.