"Bəzi insanlar var ki, indi mənimlə salamlaşırlar. Onların salamını almağım sadəcə vicdanımın sədəqəsidir".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Haqsızlıqlarla üzləşən sənətçi bildirib ki, bır sıra şəxslər onu səhnədən uzaqlaşdırmaq üçün yoluna çəpər qoyublar:
"Əslində zamanında mənə qarşı çox haqsızlıqlar edənlər olub. Ailəmin göz yaşına səbəb olan insanlar olub. Çünki anam hər zaman istəyib ki, yaxşı yerlərdə, səhnələrdə olum. Bunun qarşısını bacardıqları qədər kəsənlər olub. Qadın, qadına bənzərlər və kişi də olub".
Rəşad Əliyev, Bizim.Media