İradə bacısının ikinci övladını qucağına alıb sevincini bölüşdü - FOTO

İradə bacısının ikinci övladını qucağına alıb sevincini bölüşdü - FOTO

Hazırda oxunan: İradə bacısının ikinci övladını qucağına alıb sevincini bölüşdü - FOTO

142068

"Mənim nəyimə güvəndilər ki, daha yeni yaradanın yanından gələn bu saf, təmiz varlığı əmanət etdilər? İndi mənim əlimdədi bu körpənin taleyi? "İstərsən zalım, istərsən alim edə bilərsən" dedikləri sən demə tam da bu imiş. Bu sözləri Ceyhun (həyat yoldaşı - red.) İpəyimi (qızı - red.) qucağına aldığında ağlından keçirib, mənimlə bölüşdüyü cümlələrdir".

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan və bir müddətlik səhnə fəaliyyəti ilə bağlı Bakıya gələn müğənni İradə İbrahimova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Sənətçi bir neçə həftə əvvəl ikinci dəfə ana olan stilist və vizajist bacısı Nigar İbrahimovanın yenidoğulan körpəsini qucağına alarkən çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. 

İradə bacısının timsalında Allahın ailələrə bəxş etdiyi övlad sevincini bu fikirləri ilə dilə gətirib. 

"Etiraf edim ki, bu fikirlərə mən çox daha sonra bürünməyə başladım. Bəli, Allah ana-atalara bu təmiz varlıqların bəzisini imtahan, dərs, boşluqlarını doldurmağı üçün, bəzisini də şəfa olsunlar deyə göndərir. Bütünlüklə ana-ataya aynalıq etmək üçün göndərilir.

Hər övladım, gəlişiylə üzümə yeni qapılar açdığının şəxsən şahidiyəm. Bilirəm dediklərim bilmirmişəm, edərəm dediklərim edə bilmərəmlərlə əvəz oldu. "Görəsən necə tərbiyə verəcəyəm"i düşünərkən onlardan öyrənməyin verdiyi rahatlığı, yüngüllüyü yaşamaq da möhtəşəm oldu.
Kim nə deyir desin, uşaq balaca deyil, böyük bir şeydir. Cənnət anaların ayaqları altında da deyil, onların ayaqları altında, uşaqlarımıza layiq olma vəzifəsi biz valideynlərdədir. Allah övladlarımıza doğru, nümünəvi valideynlər olmağı nəsib etsin. Çünki, əyri ağacın kölgəsi düz olmaz.

Canım bacım, Selcanımın, Rəsulumun (bacısı Nigar İbrahimovanın övladları - red.) cənnəti bacım. Allahdan sənə sağlıqlı, uzun ömür diləyirəm. Övladlığın, bacılığın, rəfiqəliyin, yoldaşlığın kimi, analığın da möhtəşəm olacaq. Qurduğun yuvanda zəhmətlə, rəhmət iç-içə keçsin, hüzurun əskik olmasın".

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. 

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib.   

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır.   



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO