İrina Şeyk amerikalı futbolçu ilə EŞQ YAŞAYIR? – FOTO 

İrina Şeyk amerikalı futbolçu ilə EŞQ YAŞAYIR? – FOTO 

Hazırda oxunan: İrina Şeyk amerikalı futbolçu ilə EŞQ YAŞAYIR? – FOTO 

141046

Dünyaca məşhur rus əsilli model İrina Şeyk yeni sevgiyə yelkən açıb. 

Bizim.Media “Page Six” nəşrinə istinadən xəbər verir ki, modelin bu dəfə “eşq oxu”nu yaşlı həmkarı Jizel Bündhelin keçmiş əri, amerikalı futbolçu Tom Brediyə atdığı üzə çıxıb.

Belə ki, milyarder Jo Nahmad ilə model Madison Hedrikin toyunda İrina Tomu bir dəqiqə də olsun diqqətdən buraxmayıb. İnsayderlərin sözlərinə görə, Şeyk 45 yaşlı subay Brediyə yaxın olmaq üçün ona sarılıb və addım-addım onun arxasıyca gedib. Lakin İrinanın meneceri yayılan bu xəbərlərin əsassız olduğunu vurğulayıb. 


Qeyd edək ki, 2022-ci ilin oktyabrında Jizel və Tom 13 illik evlilikdən sonra boşandıqlarını elan ediblər.

Cütlük pərəstişkarlarını dinc bir şəkildə ayrıldıqlarına inandırmağa çalışsalar da, “heyterlər” aşiqlərin bu açıqlamalarına inanmayıblar. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO