Mətanət İsgəndərli: “Həkimlər üçün

Mətanət İsgəndərli: “Həkimlər üçün "ehtiyat"da 10 kiloqram artıq çəki saxlamışam” – VİDEO 

Hazırda oxunan: Mətanət İsgəndərli: “Həkimlər üçün "ehtiyat"da 10 kiloqram artıq çəki saxlamışam” – VİDEO 

140740

“Hazırda "ehtiyat"ımda 10 kiloqram artıq çəkim var. O çəkini də cərrah həkimlər üçün saxlamışam. Çünki tezliklə plastik əməliyyat etdirəcəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda deyib. 

Sənətçi bildirib ki, idman etməyə vaxtı olmadıqda onu səhnədə çıxışı zamanı rəqslə əvəz edir: 

“Hər gün səhər idman edirəm. Oynayıram, oxuyuram, “şıdırğı” gedir. Nə deyirsiniz, edirəm. İdmana zamanım olmayanda isə səhnədə çıxış etdiyim zaman rəqs edirəm”.

Qeyd edək ki, Mətanət İsgəndərli aylar əvvəl mədəkiçiltmə əməliyyatı keçirib. Bunun nəticəsi olaraq müğənni 40 kiloqram arıqlayıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO