“Efirlərdən uzaq gəzməyimin səbəbi yorulmağım, enerjimin getməsidir. Efir məsuliyyətli insan üçün böyük təzyiqdir. Mən “xala-xətir” iş görməyi xoşlamıram. İstəyirəm, hər şey gəşəng olsun. Görəndə ki, artıq özümdə hansısa səhvlər başlayır, fikirləşirəm ki, bir-iki ay artıq fasilə etmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova “MTV xəbər” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, qatıldığı verilişlərdə dəfələrlə həmkarları tərəfindən təzyiq və xoşagəlməz hadisələrlə üz-üzə qalıb:
“Efirlərdə xoşagəlməz məqamlar çox olur. Deyirlər ki, filan qonaq çox problemlidir. Misal üçün filankəs deyir ki, bu və ya digər insanla efirə çıxmaq istəmirəm. Yalnız, dediyim şəxslərlə efirə çıxaram. Gəlirəm efirə, qonaqları görürəm, o söhbətlərin içinə düşürəm, bəzən stress yaşayıram. Bunu isə büruzə vermirəm ki, izləyicilərim narahat olmasın. İçimdə qalır və sonra özümə sual verirəm ki, nəyə görə o verilişə getdim? Qonaqlar sənə xoşagəlməz sözlər deyir, sınağa çəkməyə çalışır. Qonaq səninlə verilişdə elə davranır, deyirsən ki, ümumiyyətlə mən bura gəlməyə görə niyə razılıq verdim? Mənə qarşı dəfələrlə bu cür münasibət olub. Sadəcə heç zaman bəlli etməmişəm bunları”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:23 / 10.06.2023
Nərmin ƏSƏBİLƏŞDİ: “Verilişlərdə həmkarlarım üzümə xoşagəlməz sözlər deyir” - VİDEO
Hazırda oxunan: Nərmin ƏSƏBİLƏŞDİ: “Verilişlərdə həmkarlarım üzümə xoşagəlməz sözlər deyir” - VİDEO
Hazırda oxunan: Nərmin ƏSƏBİLƏŞDİ: “Verilişlərdə həmkarlarım üzümə xoşagəlməz sözlər deyir” - VİDEO
140716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.