Naomi Kempbell qızının üzünü gizlədə bilmədi – FOTO 

Naomi Kempbell qızının üzünü gizlədə bilmədi – FOTO 

Hazırda oxunan: Naomi Kempbell qızının üzünü gizlədə bilmədi – FOTO 

140170

Qara pantera ləqəbi ilə bütün dünyada məşhurlaşan ingiltərəli super model Naomi Kempbellin iki il əvvəl dünyaya gələn qızının üzünün görüntüləri ilk dəfə sosial şəbəkələrə yayılıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, övladının siması supermodelin 53 illik yubileyi münasibətilə təşkil olunan məclisdə görüntülənib. Foto modelin qızı ilə pilləkənlərlə aşağı enən zaman məclisdə iştirak edən qonaqlardan biri tərəfindən çəkilərək “Instaqram” sosial şəbəkə platformasında paylaşılıb.

Kadrlardan görünür ki, Kempbell qıza özü kimi bej və qızılı don geyindirib. Qonaqların onların çəkdiyini görən model əli ilə qızının üzünü tutub.

Qeyd edək ki, 2021-ci ildə Naomi Kempbell qızının doğulduğunu elan edərək hər kəsi təəccübləndirmişdi. Qara pantera “Instaqram” səhifəsində yeni doğulmuş körpəsinin ayaqlarının fotosunu yayımlamışdı. O vaxt 50 yaşı olan Kempbell qızın dəqiq necə doğulduğunu açıqlamasa da, modelin surroqat ananın xidmətinə müraciət etdiyi ehtimal edilir. Mətbuatda Naominin hamiləliyi barədə məlumat verilməyib. Uşağın atasının kim olduğu bilinmir, lakin Naominin çoxdankı dostu, musiqiçi Lenny Kravitz xaç atası olub. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO