Ülviyyə-Murad aktyor cütlüyü arasında nə baş verir? - FOTO

Ülviyyə-Murad aktyor cütlüyü arasında nə baş verir? - FOTO

Hazırda oxunan: Ülviyyə-Murad aktyor cütlüyü arasında nə baş verir? - FOTO

139648

Aylar əvvəl evliliklərində yaşanan problemlərlə gündəmə gələn məşhur aktyor cütlüyü Ülviyyə Xəlilbəyli və Murad İsmayıl münasibətlərindən və xasiyyətlərindən söz açıblar.

Bizim.Media xəbər verir ki, cütlük bu barədə qonaq olduqları "Zaurla Günaydın" səhər şousunda danışıblar.

Verilişin aparıcısı Zaur Baxşəliyevin “Həyatdakı Muradı, yoxsa səhnədəki Muradı çox sevirsən” sualına Muradın cavab reaksiyası belə olub:

“Həyatdakını sevir ki? Ülviyyədən səsimə qarşı sevgi görməmişəm”.

Ülviyyə isə “Səsini bəyənirəm. Sadəcə çox zil oxuyanda, deyirəm bu qədər zilə çıxma. Səhnədəkini sevirəm. Çünki həyatda çox çətin adamdır. Açıqlama istəmirəm, özü çətin xüsusiyyətlərini desin” münasibət bildirib.


Verilişin gedişatında İsmayıl xanımı Xəlilbəyli ilə münasibətlərində yaşadığı gərginliyi bu sözlərlə ifadə edib:

“Mən dürüst adamam. Dediyim sözə əməl olunmayanda xasiyyətimi göstərirəm, Ülviyyə əsəbiləşəndə 3-4 il əvvəl olan söhbətlər də yadına düşür. Mən isə tez əsəbiləşib tez də unuduram. Lakin dediyim söz edilməyəndə özümə qarşı hörmətsizlik kimi qəbul edirəm. Bizim mübahisələrimizə səbəbi xarakterimi dəyişməmiyimdən irəli gəlir. Mən həmişə belə olmuşam. Ülviyyə bu sənətə gələndə bilib ki, necəyəm, tələbim, istəyim nədir. Ona uyğun hərəkət etməyəndə söz-söhbət olur. O isə məni dəyişmək istəyir. Mən dəyişmirəm. Özümü çətin adam saymıram. Çünki kollektivdə çalışıram. Sadəcə xarkterim var. Xaraktersiz adamlardan zəhləm gedir. Xoşuna gəlməyən nəyisə hiss etdirməmək düzgün deyil”. 

Ülviyyə isə Muradın fikirlərinə bu kəlmələrlə qarşılıq verib:

“Mən də xarakterli insanam. O,  niyə məni dəyişməyə çalışır? Özü dəyişməsin, məni dəyişir. Bu necə olur? Bəzi yerlərdə susub ailəmin xətrinə dəyişmişəmsə, içdən etməmişəm. Haradasa özümü büruzə vermişəm”.






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO