Tolik: “Əgər Razi narkoman idisə, onu özünə necə xanım seçirdin?” - VİDEO

Tolik: “Əgər Razi narkoman idisə, onu özünə necə xanım seçirdin?” - VİDEO

Hazırda oxunan: Tolik: “Əgər Razi narkoman idisə, onu özünə necə xanım seçirdin?” - VİDEO

139072

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) model Razi Əliyevanın sevgilisi Ziya Hüseynzadə tərəfindən işgəncələrə məruz qalaraq döyülməsinə sərt şəkildə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Tarix aparıcısı olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində danışıb. 

Razi və Ziya arasında yaşanan dəhşətli hadisədən söz açan T.Əliyev vurğulayıb ki, qadına şiddət göstərən həmin şəxs cəzalandırılıb, həbs olunmalıdır:

“Bu qadını sevgilisi görün, nə günə qoyub? Bu, nə deməkdir? Bu qızı bir-iki dəfə görmüşəm. Bu qadını döyən şəxs nəyinə güvənir? Qıza 200 minlik avtomobil alıb verib, ona görə onu bu günə qoyub? Qızın sosial şəbəkədə yazdıqlarını gördüm. Qız yazıb ki, o, məni döyürdü, halsız bədənimi aparıb vannaya atırdı, orada üstümə soyuq su tökürdü.

Guya Ziya adında həmin bu şəxs Razi ilə evlənmək istəyib. Razi anası ilə Ziyanın yazışmasını paylaşıb. Anası yazır ki, sən ailəlisən, qızımdan əl çək. O deyir ki, ailəm siz və qızınızdır. Sonra Ziya paylaşıb ki, guya Razi bundan əvvəl başqa şəxslərdən 12 dənə uşaq dünyaya gətirməmək üçün abort etdirib. İnsana deyərlər ki, Razi ilə muzeydə, mədəniyyət ocağında tanış olmuşdun? Razi cavan bir qızdır.
Kasıb təbəqə bunu bilməz. Varlı təbəqədən olan cavan oğlanlar var ki, ataları onlara havayı pul verirlər. Bakının ən bahalı gecə klublarında əylənirlər. Bu qızlar isə əylənməyə ora gedirlər. Çünki elit təbəqədirlər. Sən, Ziya, Raziyə 200 mindən artıq dəyərində avtomobil almısan. Sən buna o qiymətdə avtomobil alıb, onunla gəzəndə, Razinin taleyini bilmirdin?

Bu gün sən bu qadını döyməyinə görə, minlərlə qadına, sabah kişilər avtomobil alıb, basıb döyəcək. Bu insan cəzalandırılmalıdır və həbs olunmalıdır. Çünki qadına şiddət göstərib, şantaj edib. Əgər Razi narkoman idisə, onu özünə necə xanım seçirdin? Bu qadın pis işlərlə məşğul olurdusa, aparardın dövlətə təhfil verərdin.
Mənə bir qadın göstərin ki, ərindən boşanıb, həyatında bir kişi olub, ona kimsə oturan yerdə 200 min yox 50 minlik avtomobil hədiyyə edib. Belə şey yoxdur. Belə avtomobillər yalnız gecə klublarında əylənən və lüks həyat yaşayan insanlara hədiyyə edirlər. Bu insan cəzalandırılmalıdır”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO