“Mən kişi məclislərinə gedirəm. Niyə görə getməyim ki? Həyat yoldaşım da buna qarşı deyil, çünki Anar məni çox yaxşı tanıyır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova qonaq olduğu, aparıcı və prodüser Tarix Əliyevin “YouTube”da yayımlanan “Səmimi” verilişində deyib.
Sənətçi bildirib ki, onun yaxın dostları xanımlar yox, kişilərdir:
“Hazırda mənim heç yaxın rəfiqəm belə yoxdur. Mənim çox yaxşı kişi dostlarım var. Ən yaxın dostlarım da kişilərdir. Bunu mən ürəkdən deyirəm”.
Zenfira Anarla qazancını övladlarının gələcəyinə yatırım etdirdiyini vurğulayıb:
“Həyat yoldaşım Anar məndən az qazanmır. Onun şəxsi “rent a car” (atomobillərin kirayəsi –red.) biznesi var. Biz övladlarımızı düşünüb, onlar üçün çalışırıq. Biz ümumi büdcəmizi uşaqlarımızın gələcəyinə yatırım edirik. Pulları artıq evdə yox, bank kartımda saxlayıram”.
Qeyd edək ki, Z.İbrahimova və Anar Heydərov cütlüyünün bır qız və bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media