Fəxriyyə Xələfova: “Mahnı oxuyub klip çəkdirəcəm” – VİDEO 

Fəxriyyə Xələfova: “Mahnı oxuyub klip çəkdirəcəm” – VİDEO 

Hazırda oxunan: Fəxriyyə Xələfova: “Mahnı oxuyub klip çəkdirəcəm” – VİDEO 

136828

Rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova müğənnilik istedadını üzə çıxarıb. 

Bizim.Media xəbər verir ki, bu barədə dizayner qonaq olduğu “Özəl Tube” verilişində danışıb. 

O bildirib ki, yaxın zamanda “Arşın mal alan” filmindən “Gülçöhrənin ariyası”nı ifa edib klip çəkdirəcək.

“Əslində mən oxuya bilirəm. Bəli, sensasiya! Ona görə ki, illərlə efirlərdə layihələrimlə bağlı müsahibələr vermişəm, aparıcı kimi də səsim qulağa olduqca xoşdur. Verilişlərin birində cəhd edib canlı mahnı oxudum.
“Gülçöhrənin ariyası”nı oxuyacam. Milli geyimlərimizi geyinəcəm, oxuyacam və rejissor Nail Naiboğlu klip çəkəcək”- deyə F.Xələfova vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO