Jan Klod Van Dammın gəlini: “Ərim həmişə mənə hörmət edib” - FOTO

Jan Klod Van Dammın gəlini: “Ərim həmişə mənə hörmət edib” - FOTO

Hazırda oxunan: Jan Klod Van Dammın gəlini: “Ərim həmişə mənə hörmət edib” - FOTO

135098

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə həyat yoldaşı Kristoferlə Kaliforniyaya yollanıblar. 

Bizim.Media xəbər verir ki, Aqura Hills şəhərciyində əylənən cütlük bərabər motosiklet idarə ediblər. 

Adrenalin dolu həmin anları isə Suada sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Musiqiçi izləyicilərindən gələn suallara da cavab verib.  

“İlk başdan həyat yoldaşınla ünsiyyət qurmaq çətin idi?” sualına Suada “Niyə görə? Həmişə mənə hörmət edirdi və əksinə onunla ünsiyyət qurmaq çox asan idi, mövzularımız həmişə daha çox yaradıcılıqla bağlı olub - filmlər, musiqi, həyat fəlsəfələri və sairə” cavabını verib. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.   
Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.  














Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO