Meyxanaçı Pərviz Bülbülə növbəti açıqlaması ilə diqqətləri üzərinə cəlb edib.
Bizim.Media xəbər verir ki, söz xiridarı sosial şəbəkə hesabı ilə pərəstişkarlarına müraciət ünvanlayıb.
Müraciətdə Pərviz bildirib ki, ifalarında yer alan kriminal aləmlə bağlı meyxanaları öz təhlükəsizliyi üçün məclislərdə ondan sifariş etməməyi istəyib:
"İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlıq və kriminal aləmi eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan, bu kimi müraciət və sifarişlərin tələb olunması qanuna müvafiq deyil. Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq, bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:17 / 04.05.2023
Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı QƏRAR - FOTO
Hazırda oxunan: Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı QƏRAR - FOTO
Hazırda oxunan: Pərviz Bülbülədən ifa etdiyi meyxanalarla bağlı QƏRAR - FOTO
134388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.