"Aftandil müəllimi sonuncu dəfə reanimasiyaya aparanda onun yanına getdim. Həkimdən soruşuram ki, Aftandil müəllim məni eşidir? Aftandilə dəfələrlə mənəm, sənin həyat yoldaşın Zemfiradır. Aç gözünü mənəm... Biz burdayıq, hamı səni gözləyir, nəvələrin səni gözləyir. Amma o, bizə heç bir reaksiya vermədi. (ağlayır). Hərdən dodağını asta-asta tərpədirdi. O da ki, ağzında uzun şlanq vardı. Bəlkə də dodağının əsməsi buna görə idi".
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində ötən gün müalicə aldığı Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında vəfat edən Xalq artisti Aftandil İsrafilovun həyat yoldaşı Zemfira İsrafilova deyib.
Qarmon ustadının xanımı bildirib ki, reanimasiyaya daxil olan zaman Aftandil İsrafilovun ürəyi 40 dəqiqə dayanıb:
"Sonuncu dəfə xəstəxanaya getməzdən əvvəl ona dedim ki, səni hospitala aparırıq. Halsız vəziyyətdə idi. Kürəkənim onu evdən çıxarıb, həyətdə biraz gəzdirdi. Amma o, gəzə bilmədi. Qızım söylədi ki, gedək təcili aparaq atamı hospitala. Bizə həkimlər dedilər ki, o, dializ olunmalıdır. Hətta onda belə Aftandil müəllimin ürəyi 40 dəqiqə dayandı. Sonra həkimlər təcili müdaxilə etdikdən sonra özünə gəldi. Qızım Nigar getdi yanına, dedi ki, ata, bu, mənəm qızın. O anda Aftandil müəllim gözlərini açıb, qızım Nigara baxıb. Nigar sonra bizə dedi ki, gözündən yaş gəldi".
Xalq artistinin xanımı həmçinin əlavə edib ki, həyat yoldaşı sağalıb yenidən ailəsinin yanına qayıdacağına inanıb:
"Aftandil son gününə qədər elə bilirdi ki, müalicə alıb, sağalacaq, ailəsinin yanına evə qayıdacaq. Axı bir dəfə onun vəziyyəti ağırlaşdı, reanimasiyaya düşdü, müalicə alıb yenidən evə qayıtdı. Yanvarın 24-də onun 82 yaşını evdə bütün ailəlikcə qeyd eydik. O, əlil arabasında olsa da, hüşü yerində bizlə danışıb, gülürdü. Novruz bayramında birdən vəziyyəti ağırlaşdı. Martın 27-si onu hospitala gətirdik. Düz bir ay o reanimasiyada yatdı. Oradan da çıxmadı".
Qeyd edək ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən Aftandil İsrafilov ötən gün 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı bir neçə saatdan sonra İkinci Fəxir Xiyabanda dəfn olunacaq.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:24 / 30.04.2023
Aftandil İsrafilovun xanımı: “Reanimasiyaya daxil olanda ürəyi 40 dəqiqə dayanmışdı” - FOTO
Hazırda oxunan: Aftandil İsrafilovun xanımı: “Reanimasiyaya daxil olanda ürəyi 40 dəqiqə dayanmışdı” - FOTO
Hazırda oxunan: Aftandil İsrafilovun xanımı: “Reanimasiyaya daxil olanda ürəyi 40 dəqiqə dayanmışdı” - FOTO
133556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.