Əməkdar artist Bəhram Bağırzadə elm və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayıb.
Bizim.Media xəbər verir ki, aktyor orta təhsil müəssisələrində şahmat üzrə dərslərin keçirilməsini istəyib.
Bakının məhəllələrinin birində iki uşağın qarajın üstündə şahmat oynadığının fotolarını çəkərək sosial şəbəkə hesabında paylaşan B.Bağırzadə məsələ ilə bağlı fikirlərini bölüşüb:
“Hörmətli, elm və təhsil naziri. Uzun illərdir, Azərbaycanın böyük şahmat gücünə malik olduğu üçün şahmatın məktəb proqramına fənn kimi daxil edilməsinin zəruriliyindən yazıram. Bizim böyük şahmatçılarımız olub, var və olacaq. Amma biz irəli getmək istəyiriksə, vətəndaşlarımızın inkişaf etmiş intellektə, məntiqi təfəkkürə malik olmasını, cəld qərar qəbul etməyimizi istəyiriksə, şahmat kimi bir fənn lazımdır.
Təəssüf ki, bütün müraciətlərim sadəcə müraciət olaraq qalıb. Bizim "qonşularımız" isə çoxdan şahmatı məktəb proqramına daxil edib və yaxşı nəticələr əldə edirlər. Bunu etməsək də hər şeyə rəğmən, hər il yeni, istedadlı şahmatçılarımız gəlir. Şahmat məktəb təhsilinin bir hissəsinə çevrilsə, nə baş verəcəyini təsəvvür edə bilərsinizmi!? Şəkil yarım saat əvvəl Bakı şəhərinin həyətlərindən birində çəkilib, burada bir müddət əvvəl şahmat məktəbi yerləşirdi və indi ətriyyat mağazasına çevrilib. Ona görə də gözəl bakılı uşaqlarımız metal qarajların damında şahmat oynamalı olurlar”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:45 / 28.04.2023
Bəhramdan təhsil nazirinə müraciət: “Məktəblərdə şahmat tədris olunsun” – FOTO
Hazırda oxunan: Bəhramdan təhsil nazirinə müraciət: “Məktəblərdə şahmat tədris olunsun” – FOTO
Hazırda oxunan: Bəhramdan təhsil nazirinə müraciət: “Məktəblərdə şahmat tədris olunsun” – FOTO
133319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.