“Formula 1” Azərbaycan Qran-prisi 2023 çərçivəsində baş tutacaq konsertin bədii rəhbəri, aparıcı Ranar Musayevin iş başında anidən halı pisləşib.
Bizim.Media xəbər verir ki, bununla bağlı aparıcının həmkarı Hüsniyyə Məhərrəmova məlumat yayıb.
Gecə saatlarında Ranara ətrafda olan Təcili Tibbi Yardımın həkim personalı ilkin tibbi yardım göstərib.
Təcili Tibbi Yardım avtomobilinə əyləşən Musayevə iynə vurulub. Bundan sonra Ranarın səhhəti normallaşıb və o, iş başına qayıdıb. Həmin anları isə H.Məhərrəmova çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Hüsniyyə Ranarın səhhətinin pisləşməsini bu sözlərlə şərh edib: “Mən deyirəm də, Ranarı qocalar evinə göndərmək lazımdır. Bunun “son istifadə tarixi” keçib”.
Rəşad Əliyev, Bizim.Media