Aytac: “Heç bilmədim, niyə bədənşəkilləndirmə əməliyyatını etdirdim?” - VİDEO

Aytac: “Heç bilmədim, niyə bədənşəkilləndirmə əməliyyatını etdirdim?” - VİDEO

Hazırda oxunan: Aytac: “Heç bilmədim, niyə bədənşəkilləndirmə əməliyyatını etdirdim?” - VİDEO

133125

“Bir müddət əvvəl bədənşəkilləndirmə əməliyyatı etdirdim. Amma əməliyyatdan sonra yenə öz əvvəlki halıma qayıtdım. Əməliyyatdan sonra bir ara oldu ki, çox çəki aldım. Yemək yeməyi çox sevirəm. Başladım yeməyə. Heç bilmirəm, niyə bədənşəkilləndirmə əməliyyatını etdirdim?”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadi qızı qonaq olduğu “Həyat tərzi” verilişində deyib. 

Aylar əvvəl cərrah bıçağı altına uzanan sənətçi keçirdiyi əməliyyatının faydası olmadığını, yenidən çəki alaraq əvvəlki vəziyyətinə qayıtdığını bildirib:  

“Çox ağır əməliyyat idi. On gün özümə gələ bilmədim. Ağrılarım çox idi. Ağrıya isə heç dözümüm yoxdur. Necə oldu ki, əməliyyat etdirməyə qərara verdim, heç özüm də bilmirəm. Özümə baxan xanımam, amma əməliyyat etdirəcəyimi heç zaman düşünməzdim. Amma pəhriz saxlayaraq və idman edərək altı kilo arıqlamışam. Altı kilo da əlavə arıqlasam yaxşı olar”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO