Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Rusiya və MDB ölkələrində məşhurlaşan video bloqer və iş adamı Hüseyn Həsənov Bakıda evlənəcəyi ilə bağlı sosial şəbəkədə paylaşımlar etmişdi.
Bizim.Media xəbər verir ki, bloqerin özünün deyil, yanında çalışdığı videoqraf Hüseyn Qəribovun toyu olduğu üzə çıxıb.
Məclis paytaxtın dəbdəbəli restoranlarının birində baş tutub.
Həsənov bu dəfə də ailə qurması mövzusunda izləyicilərini aldadıb.
Hüseyn sosial şəbəkədə paylaşımlar edərək addımını bu cür qələmə verib:
"Mən sizə axı dedim bu gün Hüseynin toyudur. Dostum Hüseynin toyudur. Mən isə onun şahidiyəm. Mən evlənmirəm. Qızlar yenidən mənim səhifəmə abunə olun. Subay Hüseyn Həsənov yenə də əlaqədədir".
Rəşad Əliyev, Bizim.Media