Rühəngiz Allahverdiyeva: “Yeni evimi təmir etməyə pulum yoxdur” – VİDEO

Rühəngiz Allahverdiyeva: “Yeni evimi təmir etməyə pulum yoxdur” – VİDEO

Hazırda oxunan: Rühəngiz Allahverdiyeva: “Yeni evimi təmir etməyə pulum yoxdur” – VİDEO

132429

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rühəngiz Allahverdiyeva özünə yeni ev alıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində bildirib ki, maddi vəziyyəti aşağı olduğundan aldığı yeni mənzilini təmir edə bilmir. 

“Özüm, öz zəhmətimlə yeni ev almışam. Müəyyən təmir işləri qalıb, pulum olmadığından edə bilmirəm”, - deyə Rühəngiz söyləyib. 

Qeyd edək ki, R.Allahverdiyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində mənzil problemini bu sözlərlə dilə gətirmişdi: 

“Mən küçədə deyiləm, evim var. Sadəcə balacadır, iki otaqlıdır, kvadratı azdır. Bir sənət adamı üçün belə darısqal evdə yaşamaq çox çətindir. Mənim çoxlu sayda geyimlərim, aksesuarlarım var. Onları da bu balaca evə sığdırmaq çox çətindir. Hansı müğənni mənim kimi belə bir evdə yaşayır? Heç kim... Məndən qat-qat gözəl evlərdə yaşayırlar. 100 qat artıq olsun. Heç kimin də nə malında, nə də ailəsində gözüm var. Aza qane olan insanam”.   
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO