Günel Məhərrəmova: “Ailə qurduqdan sonra sevgi ölür” - VİDEO

Günel Məhərrəmova: “Ailə qurduqdan sonra sevgi ölür” - VİDEO

Hazırda oxunan: Günel Məhərrəmova: “Ailə qurduqdan sonra sevgi ölür” - VİDEO

131814

“Kişilərdə qadınlara qarşı eqoistlik var: “Mənimdir, mənim olmalıdır, mənə məxsusdur”. Bu hisslər isə qısqanclıq deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günel Məhərrəmova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Sənətçi bildirib ki, kişilər qadınlara əşya kimi baxır:  

“Ailə qurduqdan, övlad dünyaya gəldikdən sonra sevgi ölür. Sevgi var ki? Son zamanlar fikir vermişəm ki, bəzi kişilər qadınlara əşya kimi baxır. Qadınları mənimsəyirlər. Nə dedimsə, o da olacaq. Amma qadının özgüvənliyi olmalıdır. Qadını sıxmaq olmaz. Ona sərbəstlik vermək lazımdır. Axı o da bir insandır”. 
Qeyd edək ki, G.Məhərrəmova ərinin illərdir Ukraynada yaşadığını və orada mebel işi ilə məşğul olduğunu açıqlamışdı. Bakıya qayıtmaq fikri olmadığından müğənni yoldaşından ayrılıb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO